Güclü qar səbəbindən hava limanı BAĞLANDI

Güclü qar səbəbindən hava limanı BAĞLANDI
Rusiyanın Krasnodar şəhərində güclü qar yağması ilə əlaqədar hava limanı bağlanıb. 

Sfera.az-ın məlumatına görə, bu barədə hava limanının mətbuat xidməti bildirib. 

Qeyd olunur ki, aeroport Bakı vaxtı ilə saat 12-dək bağlı qalacaq. Hazırda orada uçuş-eniş zolaqlarının qardan təmizlənməsi davam etdirilir.

Gecə saatlarında Krasnodar hava limanında 20-yə yaxın reys təxirə salınıb. 

OXŞAR XƏBƏRLƏR