Güclü lider və həmrəy xalq

Güclü lider və həmrəy xalq
 

COVİD-19 koronavirus pandemiyası. Demək olar ki, ikinci dünya mühabirəsindən sonra bəşəriyyətə təhlükə saçan ilk hadisədi və hələ də dəhşətli günləri yaşamaqdayıq. Hələ bir neçə ay əvvəl dünyanın "tibb mərkəzləri” olaraq tanınan, ən inkişaf etmiş ölkələri- Almaniya, İtaliya, Fransa kimi ölkələrdə tibb işçilərinin yalvarışları, xəstəxana dəhlizlərində həyatla ölüm arasında mübarizə aparan "taclı virus” qurbanları və s.kimi dəhşətli səhnələr gözümüzün önündən getmiş deyil. Hətta həmin inkişaf etmiş ölkələrdə belə maska və digər tibbi ləvazimatlarla bağlı bir sıra çətinliklər yaranmışdı. Həmin ölkələrdə bu yönümdə fəaliyyət göstərən yeni zavodların və müəssisələrin açılması məsələsi belə gündəmdə deyildi. Eynilə ölkəmizdə də çətin anlar yaşandı. Dünyanın hər bir inkişaf etmiş ölkəsində olduğu kimi Azərbaycanda da belə bir pandemiyanın yaranması çaşqınlıqla qarşılandı desək, yanılmarıq. Lakin cənab Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət və düşünülmüş, yerində qanunları gündəmə gətirməsi həmin problemləri də həll etdi. İlk öncə ölkədə xüsusi karantin rejimi yaradıldı , hansı ki, bu qərar digər ölkələrdə olan faciəvi sonluqların vətənimizdə yaşanmasının qarşısını almaq məqsədi daşıyırdı. Daha sonra cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkədə modul tipli xəstəxanaların açılışı oldu. Ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar peşəkar həkim personalı ilə koronavirusla mübarizə üçün hazır vəziyətə gətirildi. Artıq ölkəmizdə müasir xəstəxana və laboratoriyaların sayı 20-dən çoxdur. Ən mühüm addımlardan biri isə qısa müddət ərzində tibbi vasitə müəssisələrinin fəaliyyətə başlaması oldu. Hal- hazırda iki müəssisə fəaliyyət göstərir. Beləliklə, dezinfeksiya vasitələri, həkimlərin geyindiyi xüsusi geyim və kombinezonlar artıq öz ölkəmizdə istehsal olunur. Əlbəttə ki, bütün gedən bu proseslər fonunda Azərbaycan vətəndaşının rifahı, rahat həyatının təmin olunması diqqətdən kənarda qalmadı. Dövlətimiz dünya iqtisadiyyatında yaranacaq problemləri və həmin problemlərin Azərbaycandan da yan keçməyəcəyini bildiyi halda, vətəndaşını karantin müddətində maddi və mənəvi cəhətdən tək qoymadı. Dövlət qulluğunda işləyən kəslərin dövlət hesabına məzuniyyətə buraxılması, aztəminatlı ailələrə dövlət dəstəyi, xüsusi qrupdan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən qarşılanması bir daha dövlətimizin daxili siyasətində əsas hədəfin Azərbaycan vətəndaşının rifahının olmasının əsas göstəricisi oldu. Haqqında danışdığımız düzgün qərarların nəticəsidir ki, bu gün ölkəmizdə koronavirusla bağlı vəziyyət bir çox inkişaf etmiş ölkələrdən qat-qat yaxşıdır. Cənab Prezidentin çıxışlarında da söylədiyi kimi əhali sayımız eyni olan bir çox

dövlətlər var ki, onlarda koronavirus qurbanlarının sayı bizdə yoluxanların sayından çoxdur. Bəs bu gözəl nəticəni nəyə borcluyuq? Ölkəmizdə olan vətəndaş- iqtidar həmrəyliyinə. Həmrəylik gücümüzdür. Biz birlikdə bütün çətinliklərin öhtəsindən gələcəyik, çünki bizim güclü liderimiz və həmrəyliyimiz var!

 

Nəsimi rayon gənci , Azərbaycan Tibb Universitetinin tələbəsi Turan İbrahimli



OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...