Güclü külək Bakı-Sumqayıt qatarının hərəkətini DAYANDIRDI
10:20 / 30.06.2021
1574
Bakıda güclü külək nəticəsində Bakı-Sumqayıt qatarının hərəkəti dayanıb.
"Azərbaycan Dəmir Yolları” QSC-dən Sfera.az-a verilən məlumata görə, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb: "Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır”.