Güc strukturlarında, xüsusilə də orduda smartfon tipli telefonların istifadəsi dövlət təhlükəsizliyinə ziddir

Güc strukturlarında, xüsusilə də orduda smartfon tipli telefonların istifadəsi dövlət təhlükəsizliyinə ziddir
 Müasir informasiya texnologiyalarının sürətlə inkişafı həyatımıza bir sıra imkanlar, üstünlüklər verməklə yanaşı, yeni təhlükələrin meydana gəlməsinə səbəb olur. Xüsusilə də, ölkənin təhlükəsizliyi məsələsində.

"MediaPost” məlumat verir ki, hərbi qulluqçulara və hərbi sahəyə cəlb olunmuş digər şəxslərə hərbi hissələrin ərazisində, poliqonlarda, hərbi şəhərciklərdə, səhra təlimlərində smartfon tipli telefonlar, planşetlər, internetə çıxışı olan və kənar şəxslərə hərbi qulluqçunun olduğu yer haqqında məlumat ötürmə qabiliyyətli texnikadan istifadə qadağandır. Eyni zamanda, hərbi xidmət haqqında internetdə, o cümlədən sosial şəbəkələrdə paylaşımlar etmək, hərbi hissə ilə bağlı məlumat yaymaq qadağandır.

Bununla yanaşı, güc strukturlarında xidmət edən şəxslərin KİV nümayəndələri ilə münasibətləri də müvafiq qanunlarla tənzimlənir. KİV işçilərinə açıqlamalar ya icazə olduğu halda verilir, ya da bu işlə xüsusi şöbənin işçiləri məşğul olur. 

Ümumən, hərbi qulluqçulara sosial şəbəkələrdə məlumatlar yaymaq, jurnalistlərə şəkillər, videoçarxlar ötürmək və geolokasiya işarələrinin verilməsi qadağan edilir. Xatırladaq ki, bu qadağalar həm şəxsin özü haqqında, həm də xidmət etdiyi hərbi hissə və orada xidmət edənlərlə bağlı məlumatların yayılmasına aiddir. Məlumatların verilməsi ilə bağlı yalnız mətbuat xidməti işçilərinin icazəsi var. 

Nəzərinizə çatdırırıq ki, yuxarıda sadalanan texniki vasitələrin istifadəsi yalnız xidməti vəzifələrin icrası zamanı və ya xidmət yerində olarkən istifadəsi qadağandır. Xidmətdən azad olunma, məzuniyyət və ya istirahət günləri xidmət və peşəyə aid olan məlumatları yaymamaq şərtilə, həmin texniki vasitələrdən, o cümlədən sosial şəbəkələrdən istifadə sərbəstdir. 
 
 
Bununla yanaşı, ailə üzvləri ilə əlaqə yaradılması və digər xidmətə aid olmayan danışıqların aparılması üçün internetə çıxışı olmayan, videokamera və geolokasiya funksiyalarına malik olmayan sadə telefonlardan istifadə etmək məsləhət görülür. 

Silahlı Qüvvələrin fəaliyyətinin illərlə aparılan analizləri onu göstərir ki, hərbi qulluqçularımız xarici ölkələrin xüsusi xidmət orqanları, habelə terrorçu və ekstremist təşkilatları üçün xüsusi maraq kəsb edir.  

İlk növbədə bilməliyik ki, hərbi qulluqçuların sosial şəbəkələrdə özləri haqqında paylaşdıqları informasiyalar məhz onların özlərinə ziyandır və bundan onlara müxtəlif formalarda təzyiqlər edilməsi üçün istifadə edilə bilər. Buna sübut kimi, bu yaxınlarda NATO-nun analitikləri tərəfindən həyata keçirilmiş eksperimenti misal çəkə bilərik. Bu eksperimentdən sonra hamıya aydın oldu ki, sosial şəbəkələr vasitəsilə nəinki hərbi hissələrin dislokasiyasını asanlıqla müəyyən etmək, hətta hərbi qulluqçuları manipulyasiya etmək olar.

NATO-nun ekspertləri Avropada keçiriləcək təlimlərdən əvvəl saxta "Facebook” səhifələri yaradaraq, hərbi qulluqçularla münasibət qurmağa başladılar. Onlar nəinki ayrı-ayrı hərbi hissələrin yerini asanlıqla təyin edə bildilər, hətta əsgərləri hərbi nizam-intizamı pozmağa məcbur etdilər.
 
 
"MediaPost” məlumat verir ki, eksperimentin keçirilməsi zamanı hərbi qulluqçulara mənəvi-psixoloji təzyiqlərin edilməsi üçün məlumatlar da əldə edilmişdi. Məsələn, öz sevgi macəraları haqqında danışan evli şəxsləri şantaj etmək mümkün olmuşdu.

Yekun olaraq qeyd etmək lazımdır ki, güc strukturlarında, xüsusilə də orduda rabitə vasitələrinin istifadəsini tənzimləyən qanunlar dünyanın bir çox ölkələrində var. Məsələn, ABŞ-da hərbi qulluqçulara telefonları şəxsi ehtiyaclar üçün istifadə etməyə icazə verilir, lakin məxfi məlumatlar paylaşılarsa, hərbi qulluqçu hərbi tribunalın hökmü ilə cəzalandırılır.

Qeyd edək ki, cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdyanın tutulmasında iştirak edən hərbçilərə qarşı müvafiq cəza tədbirlərinin tətbiqi barədə yayılan xəbərlərə Müdafiə Nazirliyi aydınlıq gətirib.

Bildirilib ki, hərbçilər nizamnaməni pozduqları və orduda qadağan olunmuş smartfon tipli telefonlardan istifadə etdikləri üçün cəzalandırılıblar.

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...