“Guardian” Eldar Mahmudovun və övladlarının 100 milyon funt sterlinqindən yazdı - TƏFƏRRÜAT

“Guardian” Eldar Mahmudovun və övladlarının 100 milyon funt sterlinqindən yazdı - TƏFƏRRÜAT

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı şokedici məxfi məlumatlar yayılıb.


Sfera.az-ın məlumatına görə, nüfuzlu "Guardian” qəzeti Eldar Mahmudovun İngiltərədəki 100 milyon funt sterlinqindən yazıb. Nəşrin iddiasına görə, bu bilgilər hakerlər tərəfindən Kayman Milli Bankından oğurlanmış məxfi məlumatlardan sonra ictimailəşib.


Belə ki, Eldar Mahmudov pulları Kayman Adalarına, oradan isə İngiltərədəki bizneslərinə yönəldirmiş. Pullar Eldar Mahmudovun oğlu Anar Mahmudov və qızı Nərgiz Mahmudovanın adı ilə çıxarılıb.


Yalnız 2014 və 2015-ci il arasında 1 il ərzində Anar Mahmudov özünün "Britannia Group” adlı şirkətinin hesabına 14 milyon funt sterlinq yerləşdirib. Poole and Bournemouth ərazilərində aldıqları 2 bloklu ofisin qiyməti 13.5 milyon funt sterlinqdir.


Məşhur Knightsbridge ərazisində aldığı 4 mərtəbəli mülkün qiyməti isə 17.5 milyon funt sterlinqdir.


Qeyd edək ki, Eldar Mahmudovun İngiltərədə yalnız bu məqalədə toxunulan sərvətlərinin miqdarı 200 milyon manatdan artıqdır.

 

Məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz.




OXŞAR XƏBƏRLƏR