Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi proseduru dəyişib

Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi proseduru dəyişib
Nazirlər Kabineti "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" qərarında dəyişiklik edib.

Sfera.az xəbər verir ki, qüvvədə olan qərara əsasən, Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın sədri baş nazirin müavini, Komissiyanın katibi Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri, Komissiyanın üzvləri müdafiə, daxili işlər, mədəniyyət, gənclər və idman, təhsil, səhiyyə, maliyyə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyinin sədrinin müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti  və Milli Arxiv İdarəsinin rəisinin müavinləri,  Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.

Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Komissiyaya təqdim edilir.

İndiyə qədər bu Qərardan irəli gələn digər məsələlər "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanına əsasən həll edilib. Dəyişikliyə əsasən, bundan sonra Komissiyada baxılan təklif və vəsatətlər məqsədəuyğun hesab edildikdə, bu barədə Komissiyanın sədri tərəfindən Baş Nazirə müraciət olunacaq. Hazırlanmış təkliflər (layihələr) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra, Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul ediləcək.

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...