Gözlənilməz qəza, ortada qalan uşaq və avtobusun dəhşətli manevri - ANBAAN VİDEO

Gözlənilməz qəza, ortada qalan uşaq və avtobusun dəhşətli manevri - ANBAAN VİDEO
 Polis əməkdaşı qəza zamanı mikroavtobusdan yıxılan uşağın yenidən maşının altında qalmasının qarşısını alıb.

Sfera.az xəbər verir ki, Rusiyanın Xabarovsk şəhərində baş verən qəzanın görüntüləri yayımlanıb.

Kadrlardan görünür ki, yol ayrıcında mikroavtobus başqa bir maşınla toqquşub. İlkin məlumatlara görə, ictimai nəqliyyat vasitəsinin sürücüsü huşunu itirdiyindən maşın hərəkətinə davam edib.

Zərbə nəticəsində avtobusun pəncərəsindən uşaq yıxılıb. O, yerindən qalxaraq yolun ortasında qaçmaq istəyən zaman mikroavtobus hələ də yerində dövr edirdi. Bu vaxt polis əməkdaşı olduğu bildirilən şəxs cəld maşınından düşərək uşağı qucağına alıb və onu xilas edib.


 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR