Göygöldə tapılan meyitin şəxsiyyəti məlum oldu
Kriminal
18:23 / 26.03.2021
1635
Göygöldə meyti tapılanın şəxsiyyəti məlum olub.
Sfera.az xəbər verir ki, meyiti aşkarlanan Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb.
Meyit tanınmaz hala düşdüyündən ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.