Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var
20:54 / 22.07.2021
648
Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
"NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Yaralılar xəstəxanaya aparılıb.
Qeyd edək ki, zərbənin gücündən "VAZ-2106" markalı avtomobil iki hissəyə bölünüb.
Faktla bağlı araşdırmalara başlanılıb. // "Report"