Göygöldə 56 yaşlı qadın intihar etdi
19:00 / 16.04.2021
2754
Göygöl rayonunda intihar hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.