Göyçaylı iş adamı 1600 ailəyə ərzaq yardımı paylayıb - FOTOLAR

Göyçaylı iş adamı 1600 ailəyə ərzaq yardımı paylayıb - FOTOLAR

Göyçayda fəaliyyət göstərən "AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan Azərbaycanlı iş adamı, vətənpərvər həmyerlimiz, xeyriyyəçi Fərhad Əhmədov Azərbaycanda koronavirusla əlaqədar elan olunan karantin rejiminə görə evdə qalan 65 yaşdan yuxarı insanlara, əlillərə, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibələrinin iştirakçılarına və onların ailə üzvlərinə, tənha qocalara, yataq xəstələrinə, məcburi köçkünlərə, aztəminatlı ailələrə, karantin dövründə işləmədiyi üçün sosial durumu ağır olan şəxslərə, çoxuşaqlı kasıb ailələrə ərzaq yardımı göndərib.

 

 

Sfera.az-ın məlumatına görə, bu gün ərzaq bağlamaları ilə dolu olan avtomobillər "AzNar”ın qarşısından çıxaraq evlərə yola düşüb."AzNar” QSC-nin Baş direktoru Teymur Əhmədovun rəhbərliyi ilə şəhər və kəndlərdə yaşayan ümumilikdə 1600 ailəyə ərzaq bağlamalarının paylanılmasına başlanılıb. Hər ailəyə toyuq, kərə yağı, düyü, qarabaşaq, makaron, qarğıdalı yağı, qatılaşdırılmış süd, un, yumurta, duz, kartof, soğan, çay, salfetka, qənd və "AzNar”ın meyvə şirələri hədiyyə olunub. Məhsulların qablaşdırılması və evlərə çatdırılması prosesi aprelin 10 və 11-də davam edəcək. Həmçinin, Fərhad müəllimin adından bu gün Göyçayda 10 imkansız ailəyə dərman almaq və müalicə üçün maddi yardım göstərilib. Vətəndaşlar bu çətin günlərdə onlara göstərilən qayğıya və verilən ərzaq yardımına görə Fərhad Əhmədova təşəkkür ediblər.

 

Qeyd edək ki, Fərhad Əhmədov bir neçə gün öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat maddi yardım göndərib. Koronavirusla mübarizə aparan dövlətimizə və xalqa bundan sonra da dəstək olacağını bildirən xeyriyyəçi iş adamı Fərhad Əhmədov Göyçayda sahibkarlığın, meyvəçiliyin, balıqçılığın, turizmin, narçılığın, üzümçülüyün, sənayenin inkişafı, "AzNar” zavodunda meyvə şirələrinin istehsalının və xarici ölkələrə "Made in Azerbaijan” brendi ilə nar şirələri və digər məhsulların ixracının artırılması və yeni iş yerlərinin açılması üçün tədbirlər görür, ayrı-ayrı insanlara hər zaman maddi dəstək olur, xəstələrin müalicəsinə köməklik edir.








 


OXŞAR XƏBƏRLƏR