Göyçayın ən böyük elektronika və mebel mağazası açıldı - Açılışa özəl kampaniya

Göyçayın ən böyük elektronika və mebel mağazası açıldı - Açılışa özəl kampaniya
Sevindirən şəbəkəmiz olan "Kontakt Home” sayca 30-cu "Göyçay” mağazasının rəsmi açılışını edib. Göyçayın ən böyük elektronika və mebel mağazası olan "Kontakt Home - Göyçay” mağazasının açılışı "Kontakt Home”un digər açılış tədbirləri kimi, yenə də region sakinlərinin böyük marağına səbəb olub.

Əyləncəli tədbirdə Göyçay sakinləri üçün musiqi, foto zonalar, bol hədiyyəli müsabiqələr təşkil olunub. Ziyarətçilər ən son texnoloji yeniliklərlə elə yerindəcə tanış olub, açılışa özəl 50%-dək endirim və 24 ayadək hissəli ödəniş kampaniyaları çərçivəsində almaq imkanı əldə ediblər.

Müştərilərin rahatlığını düşünən "Kontakt Home” açılış münasibətilə Ağdaş, Ucar və Göyçayın kəndlərindən mağazaya və geriyə pulsuz marşrut xətti də təşkil edib. Marşrut xətti mayın 16-dək hər gün aşağıdakı qrafik üzrə hərəkət edəcək:

AXTARDIĞINIZ HƏR ŞEY BİR MƏKANDA

Ümumi sahəsi 2000 m2-dən çox olan bu mağazanın 1-ci mərtəbəsində dünya brendlərinə aid rəqəmsal, kiçik və böyük məişət texnikasının, 2-ci mərtəbəsində isə mebellərin geniş çeşidi təqdim olunub. 30-dan çox dünya brendinin 15000-dən çox məhsul çeşidi ilə müştərilərin zövqünü oxşayan "Göyçay” mağazası – hər kəsə istədiyi məhsulu bir məkanda tapmaq imkanı yaradır.


AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Açılış münasibətilə mayın 8-dək Göyçay mağazasının müştərilərini hər növ məhsula nağd alışda 50%-dək endirim gözləyəcək.

Məsələn:

2000 VT-lıq buxarlı Hoffmann ütüsü 60 deyil, cəmi 19 manata;

81 sm-lik Toshiba Smart televizoru 550 deyil, 419 manata;

Yataq funksiyalı Modena divanı 600 deyil, cəmi 439 manata olacaq.

Bundan başqa, smartfonlar 12 ay, TV və məişət texnikası 18 ay, mebellər isə 24 ay ilkin ödənişsiz və faizsiz şərtlərlə olacaq:

İkikameralı Nofrost Samsung soyuducusunu ayda 79 manat 50 qəpik;

Samsung Galaxy A12 smartfonunu ayda cəmi 27 manat 50 qəpik ödəməklə ala biləcəksiniz.


Kampaniya təklifləri bununla bitmir. Odur ki, elə indi açılış təkliflərindən yararlanmaq üçün "Kontakt Home Göyçay” mağazasına gəlin. "Kontakt Home – Göyçay” mağazası Mağaza Mehdi Hüseynzadə küç. 31 ünvanında (Təzə bazarla üzbəüz) yerləşir.

Qeyd edək ki, "Kontakt Home” mağazalarında satılan bütün məhsullar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...