Göyçayda COVİD-19 maxinasiyası – Mərkəzi Xəstəxana ilə Bioloji Təbabət Klinikasının ötür-ötür oyunu

Göyçayda COVİD-19 maxinasiyası – Mərkəzi Xəstəxana ilə Bioloji Təbabət Klinikasının ötür-ötür oyunu

Ölkə Prezidentinin 06.10.2015-ci il tarixdə açlışını etdiyi Göyçay rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq əhalinin xidmətinə verilib. Rayon Mərkəzi Xəstəxanası ən müasir şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya kimi tibbi avadanlıqlarla təmin olunub.


Sfera.az-a rayondan daxil olan şikayətlərdə isə bildirilir ki, amma bunun rayon sakinlərinə bir faydası toxunmur. Çünki pandemiyanın geniş yayıldığı bir dövrdə Göyçay RMX-nın direktoru Elçin Bilalovun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay əhalisi şüa-diaqnostika (KATE) avadanlığından istifadə edə bilmir.

 

Belə ki, müayinədən keçməyə gələn vətəndaşların bir hissəsinə sözügedən tibbi avadanlığın sıradan çıxdığını, bir hissəsinə isə müayinəni həyata keçirən tibb işçisinin COVİD-19 yoluxduğunu bildirirlər.

 

Məsələnin əsli isə fərqlidir. Xatırladaq ki, Göyçay RMX-da təchiz edilmiş şüa-diaqnostika (KATE) tibbi avadanlığı Göyçay əhalisi üçün pulsuzdur. Bu da bəzi işbazlara sərf etmir. Buna görə də məqsədli şəkildə şüa-diaqnostikanın (KATE) fəaliyyəti dayandırılıb ki, Göyçay rayonunda fəaliyyət göstərən Bioloji Təbabət Klinikası rahat şəkildə şüa-diaqnostika (KATE) müayinəsinə görə hər xəstədən 90 manat pul ala bilsin.

 

Gün ərzində Bioloji Təbabət Klinikasına sözügedən müayinədən keçmək üçün yüzdən çox şəxs müraciət edir ki, həmin şəxslərin hər biri məcburdur ki, tələb olunan 90 manatı versin. Ehtimal olunur ki, Bioloji Təbabət Klinikası Göyçay RMX-da şüa-diaqnostika (KATE) avadanlığının əhalinin istifadəsinə verilməməsinə görə E.Bilalova "şirinlik” verir. Belə olan halda Elçin Bilalov üçün heç də maraqlı olmaz ki, Göyçay RMX-da şüa-diaqnostika (KATE) avadanlığının fəaliyyəti bərpa olunsun.

 

Amma rayonda COVİD-19 virusuna yoluxmuş şəxslərin heç də hamısının imkanı çatmır ki, 90 manat ödəyərək, şüa-diaqnostika (KATE) avadanlığı vasitəsi ilə müayinədən keçsin.


İnci

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...