Göyçayda ağır qəza: 5 yaralı

Göyçayda ağır qəza: 5 yaralı
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Sferaa.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkçıplaq kəndindən keçən hissəsində qeydə alınıb.

Orxan Beydullayevin idarə etdiyi VAZ-21011 markalı minik avtomobili qarşı tərəfdən gələn Cavanşir Bilalova aid "Hunday" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 5 nəfər ağır xəsarətlər alıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR