\"Görün siz hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşürsüz\" - Jurnalistdən deputatlara çağırış

\
"Cibində 5 manata aldığı jurnalist vəsiqəsi gəzdirən hansısa qotur bir nalayiq hərəkət edəndə, deputat korpusu az qala bütün medianı hədəfə alır. Hətta jurnalistikada islahatların vacibliyindən, medianın yararsız sahəyə çevrildiyindən dəm vururlar”.
 
Sfera.az bildirir ki, bunu jurnalist Məhəmmədəli Qəribli Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsindən danışarkən deyib. Jurnalist deputatların kimlərlə həmkarlıq etdiyinə diqqət çəkib:

"Eldəniz Səlimovun Xaçmazda "Starıy dvor” restoranında polisi döyməsi barədə məlumat yayılıb. Hadisə bir neçə polis əməkdaşının deputatın əyləşdiyi restoranda reyd keçirdiyi zaman baş verib. DİN əməkdaşları gecə saat 00:00-ı keçdiyi üçün restoranın fəaliyyətinin dayandırılmasını tələb edib. Həmin vaxt orda yeyib-içən millət vəkili isə onlardan restoranı tərk etməyi tələb edib. Bu vaxt mübahisə yaranıb və o, polis əməkdaşı Zaur Mirzəyevə hücum edərək, onu döyüb. Bildirilir ki, həmin restoran deputatın qohumunundur.

İndi görün, siz kimlərlə, hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşüb, həmkarlıq edirsiniz? Bundan əvvəl deputat Ramil Həsənin etdiyi nalayiq hərəkətə etiraz edən deputat gördünüzmü?”.

M.Qəribli bildirib ki, son parlamentə təyin edilənlər arasında Eldəniz, Ramil  əxlaqında olan deputatlar az deyil: "Heyif o statusa ki, belələri daşıyır…”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Çiçəklənən Bakı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkən...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...