Goranboyda silah-sursat tapıldı - FOTOLAR

Goranboyda silah-sursat tapıldı - FOTOLAR
Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonu Yenikənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı oradan 1 ədəd "Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alışdırıcısı üzərində olan, 1 ədəd alışdırıcısız "F-1”, 1 ədəd "PRO”, 1 ədəd "RPN” əl qumbaraları, ümumilikdə 1632 ədəd müxtəlif kalibirli patron, 4 ədəd müxtəlif silahlara məxsus avtomat darağı və sandıcalar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR