Goranboyda direktor necə ÖLDÜRÜLÜB? – Hadisə yerindən - VİDEO

Goranboyda direktor necə ÖLDÜRÜLÜB? – Hadisə yerindən  - VİDEO
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun iş otağında qətlə yetirilməsi ilə bağlı olayın təfərrüatları məlum olub. 

Sfera.az  xəbər verir ki, Goranboy Baytarlıq İdarəsinin diaqnostika kabinetinin müdiri Anar Qasımov jurnalistlərə açıqlamasında qətl hadisəsinin necə baş verdiyini danışıb. 

"Nahar fasiləsi idi. Qəfil yüksək səs eşidildi. Xəbər verildi ki, Ziyad Əhmədovu mühasibi soyuq silahla vurub. Mərkəzdə çalışan işçilər Ziyad müəllimi  öz maşınları ilə təcili xəstəxanaya aparıblar. Mən də öz xidməti avtomobilimlə xəstəxanaya getdim. Həkimlərin söylədiyinə görə artıq o, dünyasını dəyişmişdi. Neçə bıçaq zərbəsi vurulduğunu bilmirik. Amma həddindən artıq qan itirmişdi”.

Anar Qasımovun sözlərinə görə Ziyad Əhmədov sakit biri, münaqişəsiz və mehriban şəxs olub:

"Hər səhər işçiləri ilə görüşüb, səmimi hal-əhval tuturdu. Ziyad müəllimi qətlə yetirən mühasib 1 ilə yaxın idi ki, Mərkəzdə işləyirdi. Onun da hansısa mənfi və tərbiyəsiz hərəkətini görməmişik”, - deyə o əlavə edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib. Məmuru iş otağında qətlə yetirən şəxs mühasibi  Bağırov Mirhadi Mirtağı oğludur.
 

(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəng...

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması ən aktual məsələlərdən biridir.   Bəs inkluziv təhsil nədir və necə qurulmalıdır?  ...

Prezident: "Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir"

Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hə...

İlham Əliyev: "Dünya bundan sonra uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq"

Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac d...

Yağış, şimşək, dolu... - Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və A...

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...