Goranboyda avtomobillə vurulan kişi öldü
17:40 / 17.11.2020
6874
Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməmiş avtomobillə 50-55 yaşlı kişi vurulub.
DİN-dən Sfera.az-a bildirilib ki, noyabrın 16-da saat 23 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.