Goranboyda ağır qəza: ölü və yaralılar var
23:40 / 09.10.2021
2314
Goranboyda ölümlə və xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.
Sfera.az xəbər verir ki, hadisə Xanqərvənd ərazisində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 35 yaşlı Pərvin Rəfi oğlu Abbasov ölüb. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.