“Google” vaksindən imtina edənləri işdən çıxarır

“Google” vaksindən imtina edənləri işdən çıxarır
"Google” şirkətinin vaksin olunmayan şəxsləri işdən çıxaracağı ilə bağlı iddialar yayılıb.

 

 

Sfera.az bildirir ki, bu barədə Amerika xəbər kanalı CNBC-də qeyd olunub. Belə ki, şirkətdaxili yazışmalarda çalışanların vaksin sənədlərini təqdim etməli olduqları bildirilib. Qeyd olunub ki, sözügedən sənədləri olmayanlar pulsuz məzuniyyətə göndəriləcək və ardınca işdən uzaqlaşdırılacaq.

 

Bununla bağlı BBC kanalı da şirkətlə əlaqə yaradıb. "Google” CNBC-nin sızdırdığı yazışmaların doğruluğunu inkar etməyib. Şirkətin səlahiyyətli şəxslərindən biri "Daha əvvəl dediyimiz kimi, peyvənd ehtiyaclarımız işçi qüvvəmizin və xidmətlərimizin təhlükəsizliyi üçün ən vacib yollardan biridir”, - deyə söyləyib. Həmin şəxs sözlərinə belə davam edib:

 

"Biz bütün mümkün işçilərimizin peyvənd oluna bilməsi üçün əlimizdən gələni etməyə qərarlıyıq və peyvənd siyasətimizin arxasında dayanırıq”.


CNBC-nin məlumatına görə, yazışmalarda həmçinin vaksin tələbinin gələn ilin 17 yanvarına kimi təmin edilməli olduğu qeyd olunub. Digər tərəfdən "Google”un işçilərin ofisə qayıdışı üçün də mübarizə apardığı bildirilib. Şirkət çalışanların həftədə ən az üç gün ofisə gəlməli olduqlarını açıqlayıb. Eyni zamanda uzaqdan işləməyə davam edən amerikalı şəxslərin maaşlarının kəsiləcəyi də vurğulanıb.


Günay Rəsulqızı

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...