"Google" Azərbaycana jest etmir, aldanmayın! – ŞƏRH

"Müstəqilliyimizin Bərpası Günü" ilə bağlı olaraq" "Google" axtarış platformasında çıxan hərəkətli görüntü (Doodle) yalnız Azərbaycandan olan istifadəçilər üçün görünür”.

Sfera.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, bu bəsit bir haldır:

"Baxsanız, Uqandanın "Müstəqillik Günü" ilə də bağlı var. Hətta Novruz bayramında belə "Doodle" görmək olur. Bu "Doodle"lar yalnız həmin ölkənin tarixi hadisələri, görkəmli şəxsləri, əlamatdar günləri ilə bağlı olur”. 

F. Pərdəşünasın sözlərinə görə," Google" yaxşı iş görmək istəsə, ilk növbədə Azərbaycan xəritəsini düzəldər: 

"Aylardır danışsaq da, "Google" erməni tərəf mövqeyindən əl çəkmir. Heç bir məntiqi açıqlama olmadan ikili adlandırmaları hələ də istifadə edir. Belə şeylərlə başımızı aldatmayaq”.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR