No Image

Gömrüyün “yığımın effektivliyi” ifadəsinin arxasında nə dayanır? – “Bu, tamamilə yararsız…”

Gömrüyün “yığımın effektivliyi” ifadəsinin arxasında nə dayanır? – “Bu, tamamilə yararsız…”

Dövlət Gömrük Komitəsi iyul ayı üzrə hesabat açıqlayıb. Hesabatda qeyd olunur ki, 2020-ci ildə gömrük xətti ilə büdcəyə yığımların məbləği azalsa da, dövriyyəni nəzərə aldıqda yığımın effektivliyi yüksəlib.

 

Sfera.az xəbər verir ki, 2020-ci ildə xarici ticarət dövriyyəsi daha kəskin azalıb. Bu ilin ilk 6 ayında (7 ayın nəticələri hələ açıqlanmayıb) Azərbaycanın xarici ticarət dövriyyəsi 34 faiz azalaraq 12 milyard 676 milyon dollar təşkil edib.

Ölkəyə idxal isə 41 faiz azalaraq 4 milyard 989 milyon dollar olub. Başqa sözlə, dövriyyə və idxal 35-41 faiz azaldığı halda gömrük yığımlarında cəmi 4,8 faiz geriləmə olub. Hesabatda azalmaların olması normaldır və koronavirus pandemiyası ilə əlaqələr dünya iqtisadiyyatı böhran keçirdiyini nəzərə alaraq, idxal-ixrac həcminin azalması gözləniləndir. Amma hesabatda əsas diqqətçəkən məqam "yığımın effektliyinin artması” ifadəsidir.

Maraqlıdır, yığımın effektivliyi nə deməkdir?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, əslində peşəkar şəxslər bunu belə qiymətləndirməzdi: "Bunun bir mənası var ki, gömrük gizli iqtisadiyyatdan açıq iqtisadiyyata keçib. Yığımın effektli artıb ifadəsi bu mənanı daşıyır ki, illərlə iqtisadi dövriyyə büdcəyə cəlb edilməyib, indi isə effektliyi artıb və büdcəyə cəlb olunur. Bunun başqa mənası yoxdur. Bu ifadə tamamilə yararsız ifadədir, peşəkar ifadəsi deyil. Belə çıxır ki, bu neçə illər ərzində effektivlik arzuolunan səviyyədə olmayıb. Elə cənab Prezident də çıxışında bu məsələyə işarə etdi.

Ümumiyyətlə, döriyyənin azalması təbii haldır. Çünki dünya iqtisadiyyatında müəyyən problemlər var. Problemin əsasının hardan gəldiyi də bəllidir. Aydındır ki, iqtisadiyyat, ticarət dövriyyəsi sıxılır. Yəni azalmalar reallığa tamamilə cavab verir. Amma eyni zamanda da bu dövr ərzində effektliyin artırılması birmənalı şəkildə yuxarıda dediyim fikirlərə dəlalət edir”.


OXŞAR XƏBƏRLƏR

Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək

  Ümumdünya Səhiyyə Təşkilatı deyib ki, koronavirus pandemiyası 2 il və ya daha çox çəkə bilər. Lakin payızın sonunda da bu virusun bitəcəyi ilə bağlı fik...

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb. Sfera.az-ı...

Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxt...

Fransız kəşfiyyatının erməni cəbhəsi – İzlər Marselə aparır

İrəvanın kürd terror təşkilatları ilə təmaslarının ifşa dalğası, eləcə də Livan ermənilərinin işğal altındakı Dağlıq Qarabağ ərazilərinə daşınması əməliyyatla...

İkinci Qarabağ müharibəsi başlayır ? - AÇIQLAMA

  İki gündür ki, Ermənistan ordusu Azərbaycanla cəbhə bölgəsinin Tovuz istiqamətində təxribatlarını davam edir. Sentyabrın 21-də Tovuz istiqamətində törəd...

Ordu bu maşınları sizdən ala bilər - Müharibə qanunları

  Müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutul...