Gömrükdə 2,32 milyard manat vergi toplanıb

Gömrükdə 2,32 milyard manat vergi toplanıb
Bu ilin yanvar-sentyabr ayları ərzində gömrükdə 2,32 milyard manat vergi toplanıb. Yalnız sentyabr ayında toplanan verginin məbləği 275,5 milyon manat olub.

Sfera.az bildirir ki, gömrükdə toplanan verginin məbləği Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların böyük hissəsini təşkil edib. İlk 9 ayda dövlət büdcəsinə gömrükdən 3,193 milyard manat vəsait daxil olub ki, bunun da 72,7 faizindən çoxu vergilərdən ibarətdir. 

Gömrük daxilolmalarının digər hissəsini, yəni 870,1 milyon manatını rüsumlar təşkil edib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR