"Gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa..." — Böyükşordan gələn pis qoxu ilə bağlı AÇIQLAMA

"Dünən paytatxın bir sıra rayonlarında kəskin, xoşagəlməz iy-qoxu hiss olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bununla bağlı daxil olan məlumat operativ araşdırıldı və ilkin olaraq həmin iy-qoxunun mənbəyinin Böyükşor gölü olduğu müəyyən edildi. Nazirliyin müvafiq qurumları tərəfindən həm gölün suyundan, həm də atmosferdən nümunələr götürülərək bioloji və kimyəvi analiz aparıldı. Analizlərin bir qisminin nəticəsi əldə olunsa da, bəzilərinə bir az zaman lazımdır. İlkin nəticələrə görə, Böyükşor gölündə ionun və bəzi maddələrin miqdarı normadan artıqdır".
 
 
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Nazirliyin rəsmisi bildirib ki, Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir:

"Ətrafda yerləşən  bəzi məntəqələrin, istehsalat müəssisələrinin, yaşayış evlərinin  tullantıları, çirkab suları vahid  mərkəzləşmiş kanalizasiya sistemi olmadığına görə, həmin gölə axıdılır. Bu səbəbdən orada az da olsa iy-qoxu müşahidə edilirdi.  Lakin dünənki kəskin qoxunun səbəbi həm analizlərdən, həm də digər istiqamətlər üzrə apardığımız təhlillərdən sonra müəyyənləşəcək. İlkin ehtimallardan biri iki gün öncə "Sobsan” boya fabrikində olan güclü yanğının söndürülməsi zamanı kimyəvi maddələrlə qarışan onlarla ton suyun birbaşa Böyükşor gölünə axıdılmasıdır. Hazırda "Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə həmin məsələni də araşdırırıq.  Aparılan araşdırmaların və kimyəvi-bioloji analizlərin nəticəsi məlum olduqdan sonra yekun rəy ictimaiyyətə açıqlanacaq”. 
H.Əlizadə son illərdə Böyükşor gölünün təmizlənməsi istiqamətində dövlət tərəfindən kifayət qədər böyük tədbirlərin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı proqramların icrası davam etdirilir:

"Təqribən 10 il əvvəl bu göl ekoloji fəlakət zonası elan edilmişdi. Son illər keçirilən tədbirlər gölün ekologiyasına müsbət təsir edib. Boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, onun təmizlənməsi üçün tədbirlər görüləcək. Həmçinin burada müəyyən məsuliyyət məsələsi də ortaya çıxacaq”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əməkhaqqı artıb - RƏSMİ

  Bu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5% artaraq 1 m...

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşünün nəticələri - Ekspert şərhi

  "Mövlud Çavuşoğlu Ceyhun Bayramovla Ankaradakı görüşündə maraqlı açıqlama verib. O, açıqlamasında deyib ki, bu il iyulun 12-də Ermənistan qardaş Azərbay...

Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi

  Təhsil Nazirliyində yeni təyinat olub. Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. &...

Prezident SƏRƏNCAM İMZALADI

  Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə təd...

Avqustun 24-25-də... AÇIQLAMA

  Ötən həftədən başlayaraq çimərliklərlə bağlı qadağalar ləğv olunduqdan sonra çimərliklərə güclü axın var. Böyük əksəriyyət bu tövsiyələrə əməl etmədən ...

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? - TƏBİB-dən AÇIQLAMA

  Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağl...