Gömrükdə kitab qalmaqalı - 200 kitab niyə müsadirə olunub?

Gömrükdə kitab qalmaqalı - 200 kitab niyə müsadirə olunub?
 

Oktyabrın 1-də gecə saatlarında "Kitabıstan” layihəsinin həmtəsisçisi Pünhan Əsgərli Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb və ona qarşı kobudluq edilib.

Sfera.az  xəbər verir ki, bu barədə Pünhan Əsgərlinin özü AzadlıqRadiosuna deyib. "Dostumla Türkiyədən şəxsi istafadəmiz üçün 100 ədəd işlənmiş kitab gətirəndə gömrük postunda bizi saxlayıb dedilər ki, sərhəddən cəmi iki kitab keçirə bilərik. Biz etiraz etdik ki, kitablar satış üçün nəzərdə tutulmayıb. Bizə cavab verdilər ki, növbə rəisi gəlib qərar verəcək. 4 saat gözləmədən sonra mən qərar barədə soruşanda bir nəfər gəlib dedi ki, kitablar müsadirə edilərək anbara gedir, mənə isə telefonla danışmağa qadağa qoydular.