Gömrük rəisinin qardaşının evinə basqın: Külli miqdarda pul oğurlandı

Gömrük rəisinin qardaşının evinə basqın: Külli miqdarda pul oğurlandı
Gəncə şəhərində maskalı şəxslər evə basqın edib.

Sfera.az gününsəsi-nı istinadla xəbər verir ki, cinayət hadisəsi Gəncənin "Mahrasa bağı” yaşayış massivində, Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, iki maskalı şəxs həmin ünvanda yerləşən fərdi evə basqın edərək onun sahibi Samir Müstafayevdən pul tələb ediblər və müəyyən məbləğ aldıqdan sonra hadisə yerindən qaçıblar.

İddiaya görə, quldurluq cinayətini törədənlər külli miqdarda pul aparıb.

Hadisə ilə bağlı polisə məlumat verilib, hər iki şəxsin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, zərərçəkmiş Gəncə şəhərində fəaliyyət göstərən "Delfin” marketlər şəbəkəsinin sahibidir.

Samir Mustafayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Süleyman Mustafayevin qardaşıdır. Görünür, adıçəkilən şəxslərin böyük imkanlara maik olması cinayətkar dəstənin diqqətindən yayınmayıb.

Cinayətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov bu barədə danışmaqdan imtina edib.

OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...