“Global Finance” ölkənin ən yaxşı bankını müəyyən etdi!

“Global Finance” ölkənin ən yaxşı bankını müəyyən etdi!
 
Maliyyə dünyasının nüfuzlu nəşrlərindən "Global Finance” jurnalı müxtəlif
regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb. Bölgənin aparıcı
maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı da ən yaxşı bank seçilib.
Bank bu mükafata uğurlu fəaliyyət göstəricilərinə, müştəri ehtiyaclarına uyğun həyata
keçirdiyi strateji layihələrə görə layiq görülüb. "Global Finance” bu ilin ən yaxşılarını
müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında
aparıb.
Nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında
Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Credit Suisse (İsveçrə), Akbank (Türkiyə),
ING (Niderland), Alfa-Bank (Rusiya), Barclays (Böyük Britaniya), UniCredit (İtaliya)
və digər banklar da var. Daha ətraflı məlumatlarla buradan tanış olmaq olar.
"Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda
yerləşir. Jurnal 188 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri
şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici
menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar
maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların
seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, məsləhətçilər, dünyanın
müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır. Bu
zaman hər bir bankın aktivlərinin həcmi və böyümə dinamikası, mənfəətliliyi,
əlçatanlığı, strateji əlaqələri, biznesi inkişaf etdirməsi, innovativliyi və s. mühüm
meyarlar kimi nəzərə alınır.
"Global Finance” jurnalının "Ən yaxşı bank” seçdiyi Azərbaycan Beynəlxalq
Bankı 2022-ci ilə qədər olan strateji hədəflərini ötən ilin sonlarından ictimaiyyətə elan
edib. Korporativ və pərakəndə seqmentdə liderlik, kiçik və orta sahibkarlığın
maliyyələşdirilməsi sahəsində rəqabətədavamlı bazar payı, rəqəmsal bankçılıq, yüksək
müştəri məmnuniyyəti, nağdsız ödənişlərə dəstək, maliyyə sektorunda ən yaxşı
işəgötürən olmaq bankın əsas strateji hədəflərinə daxildir. Bu hədəflərə çatmaq üçün
bank hazırda çoxşaxəli layihələr həyata keçirir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet
səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...