“Gilan Tekstil Park” qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maska istehsalına hazırlıq görür - VİDEO

“Gilan Tekstil Park” qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maska istehsalına hazırlıq görür - VİDEO
 Ölkənin ən iri tekstil müəssisəsi olan "Gilan Tekstil Park” MMC qısa müddət ərzində istehsalat prosesində dəyişikliklər edib, tələb olunan xammalı alıb, qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maskaların istehsalına isə növbəti həftə ərzində start verəcək.

Sfera.az xəbər verir ki, fasiləsiz iş rejimində çalışan "Gilan Tekstil Park”-da həftəlik istehsal gücü 30 000 qoruyucu kombinezon və minimum 1 000 000 tibbi maska təşkil edəcək.

İstehsal olunan Tyvek®Klassik modelli qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli maddələrdən və ya həssaslıq yarada bilən məhsullardan və proseslərdən qorumaq üçün nəzərdə tutulur.

Tibbi maskaların istehsalı üçqatlı texnologiya ilə həyata keçiriləcək. Nəticədə havada uçan müxtəlif kateqoriyalı və fərqli ölçülərdə virusları, infeksiyaları, o cümlədən tozu və digər çirkli hissəcikləri maskanın istehsalında istifadə olunan xüsusi materiallar üçqat birləşərək filtr edir və insan sağlamlığına ziyan vura biləcək elementləri maskada saxlayır.

İndiyə qədər daxili bazarda qoruyucu kombinezon və tibbi maskalara olan tələbat idxalın hesabına ödənilirdisə, dünyada COVİD-19 pandemiyası ilə əlaqədar tələbatın dəfələrlə artması səbəbindən xaricdə məhsulların böyük qıtlığı yaşanıb. Nəticə etibarilə həmin məhsullara olan ehtiyacın yerli istehsal hesabına ödənilməsi  zərurətə çevrilib. İstehsalı üçün tələb olunan xüsusi xammal və müasir avadanlıq Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddətdə müəssisəyə gətirilib və istehsal xətti istifadəyə verilmək üzrədir.

Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işləri daim diqqət mərkəzində saxlayan  Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır.

2020-ci il aprelin 6-da  Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı, həmin mərasimdə dövlət başçısının söylədiyi dəyərli fikirlər bunun bariz nümunəsidir.

 
(apa)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...