“Geylər onlardan qat-qat şərəflidirlər” – Müğənnidən Akif İslamzadəyə cavab

“Geylər onlardan qat-qat şərəflidirlər” – Müğənnidən Akif İslamzadəyə cavab
 

Xəbər verdiyimiz kimi, bu gün müğənni Akif İslamzadə açıqlamasında qadınlar haqda sərt fikirlər səsləndirib. Sənətçi deyib ki, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz: "Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır”.

Sfera.az bildirir ki, Əməkdar artist Elza Seyidcahan "Yeni Sabah”a açıqlamasında A. İslamzadənin fikirlərinin bir qismi ilə razılaşdığını bildirib:

"Əslində Akif İslamzadənin fikirləri ilə razıyam. Dünya yaranandan Həvva Adəmi yoldan çıxardıb. Kişilər qadınların əlində acizdirlər. Allah da alma məsələsindən sonra Adəmə deyib ki, sənin başın ömür boyu qadınların əlindən bəla çəkəcək. Akif müəllimin sözündə həqiqət var”. 

Xanım ifaçı qadınların liderlik xüsusiyyətlərindən də söhbət açıb:

"Elə qadınlar var ki, onlar dünyada lider olmaq üçün seçiliblər. Amma lider o qadın deyil ki, mütləq cəmiyyət arasında olsun. Elə  qadınlar var ki, onlar liderdirlər, ev xanımıdırlar, həyat yoldaşlarının qulluğunda dururlar. Dahi həyat yoldaşlarının, dahi övladlarının qulluğunda dururlar. Bəzi analar var ki, onlar cəmiyyət arasına qaçmaqla dahiləri itirirlər. Çox gənclər var ki, narkoman olub çöllərə düşüblər, kişilər əyyaşlığa qurşanırlar. Çünki qadınlar onları qorumurlar, xanımları onları əsəbiləşdirirlər, onlara xidmət etmirlər, onlar evdə liderliklərini etmirlər. 

Bu gün bəzi qadınlar bütün günü salonlardadırlar. Orasını-burasını şişirtsinlər,  qaşlarını dartırsınlar, saçlartını rənglətdirsinlər... Onların xəbərləri yoxdur ki,  qayğılarını övladlarına, ərinə versələr, onda dünyanın ən zəngin qadınları olacaqlar və tarixi qadın olacaqlar.

Akif İslamzadənin sözündə  həqiqətlər var, onun sözünü qəribçiliyə salmayaq. Mən onu başa düşürəm. Əlbəttə ki, şeytan gələndə ağzı dişli, buynuzlu gəlmir, şeytan gələndə bəzənir gəlir. Bəzi  işlərin də başında şeytanabənzər  qadınlar durur. Düzdür, kişilərin də içində şeytan var elə. Son zamanlar bəzi kişilər də pullu qadınlar axtarırlar. Öz istedadlarını görmürlər, Allah onları kişi yaradıb, hər bir insana Allah  istedad verib. Əgər  zəhmət çəksələr, bəhrəsini mütləq görəcəklər. 

Bəzi kişilər  isə qadınlaşmış kişilər axtarırlar ki, onlara baxsın, paltar alsın. Onlarla sevgili olurlar. Bu, dünyanın axırı deməkdir. Mən geyləri qınamıram, geylərlə  yaşayan kişiləri qınayıram. Utanmırlar, ölmürlər gedib işləmirlər,  geylərdən istifadə edirlər. Mənim üçün geylər onlardan qat-qat şərəflidirlər. Akif İslamzadəyə deyin ki, cəhənnəmdə yananlar geylərlə yaşayan kişilər olacaq. Od püskürüləcək onlara, çünki istifadə edirlər.  Onların arasında mənim dostum da var, onlara hörmət də edirəm. Amma bu faktdır. 

Lut dövründə dünya niyə dağıldı? Səhvlərimiz var, o üzdən. Mən arzu edirəm ki, bütün o yolunu azmış, şeytani dostlar var... Onlar evlənsinlər, onların övladları olsun. Necə ki, Allah onları kişi yaradıb, onlar ailələrinə elə kişilik etsinlər. Yollarını azıblarsa, yenə də yollarına qayıda bilərlər. O demək deyil ki, yollarını azdılarsa, elə orada da qalsınlar. Allah bağışlayandır. Yəni, cəhənnəmdə yanası tək qadınlar deyil, elə  kişilərdən də yananlar olacaqlar. Qadınları da o yollara sürükləyən bəzən kişilərdirlər”.


OXŞAR XƏBƏRLƏR

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...