Geyim sifariş etdilər, narkotik maddə göndərildi

Geyim sifariş etdilər, narkotik maddə göndərildi

Avstriyanın Linz şəhərində yaşayan bir cütlüyün başına qəribə hadisə gəlib.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, 58 və 59 yaşı olduğu deyilən ər və arvad Hollandiyada fəaliyyət göstərən onlayn alış-veriş saytından geyim sifariş edib.

Sifariş bir neçə gün sonra onlara çatdıqda isə qəribə mənzərə ilə üzləşiblər. Belə ki, geyimin olduğu paketin içindən 24 min 800 ədəd narkotik tərkibli həb də çıxıb.
Cütlük paketi dərhal poçta geri qaytarıb, poçt rəsmiləri də məsələ ilə bağlı polisi məlumatlandırıb.

Aparılan araşdırmalar nəticəsində narkotik həblərin əsl sahibinin Şotlandiyada yaşayan bir şəxs olduğu məlum olub. Həmin şəxs polislər tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR