Geyim bahalaşır – “İlin ikinci yarısında qiymətlər...”

Geyim bahalaşır – “İlin ikinci yarısında qiymətlər...”
Bir ildən çoxdur ki, dünyada pambığın bahalaşması ondan hazırlanan geyim əşyalarının dəyərinin də yüksəlməsinə səbəb olub. 

Sfera.az bildirir ki, pambıq mahlıcın qiyməti 2020-ci ilin martından bahalaşır. Martda bir tonu 1400 dollar olan pambıq mahlıcının qiyməti hazırda 2000 dollardan yüksəkdir. Ötən müddətdə pambığın qiyməti 600 dollar və ya 43 faiz artıb.

Pambığın qiymətində baş verən kəskin artım pambıqdan hazırlanan əşyaların dəyərinin 10-20 faiz səviyyəsində artması ilə nəticələnib. Ən çox bahalaşma parçalarda, kişi geyimlərində olub. Kişi paltarlarının dəyəri 15 faizdən çox artıb. Qadın paltarlarının da qiyməti az yüksəlməyib. Ötən bir ildə pambıqdan hazırlanan qadın geyim əşyaları 12 faiz dəyər qazanıb. 

Pambığın dəyərinin artması yaz və yaylıq paltarların dəyərinə daha güclü təsir göstərib. 

Qiymətləndirmələrə görə pambığın bahalaşmasının ondan hazırlanan geyim əşyalarının qiymətinə təsiri ilin ikinci yarısında daha güclü olacaq. Bütün geyim əşyalarında qiymətlərin yuxarı doğru meyl etməsi proqnozlaşdırılır. 

Pambıqdan hazırlanan geyim əşyalarının bahalaşması əhalinin bu istiqamətdə xərclərinin yüksəlməsinə də səbəb olacaq. 

Vasif
Sfera.az







OXŞAR XƏBƏRLƏR