“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin etdi - FOTO
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı marafonu - 2022” baş tutub. "Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizəsinin təmin edilməsində "GESCO” ASC şirkəti iştirak edib. 21 km məsafədə 15 min nəfərə yaxın iştirakçının yürüş etdiyi marafonun marşrutu üzrə ərazinin, o cümlədən iştirakçıların və vətəndaşların mühafizəsi digər qurumlarla kordinasiyalı şəkildə təmin edilib.
 
Sfera.az xəbər verir ki, tədbir çərçivəsində yarış zolağının və fan zonanın kritik infrastrukturunun mühafizəsi işi "GESCO” şirkətinin peşəkar şəxsi heyəti tərəfindən uğurlu şəkildə icra olunub. Şirkət əmədkaşları həmçinin marafonun sonunadək qonaqların, marafon iştirakçılarının və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasında önəmli rol oynayıb.

Qeyd edək ki, "Bakı marafonu - 2022” şirkətin idman sahəsində uğurla reallaşdırdığı ilk belə mötəbər tədbir deyil. Daha əvvəl də "UEFA AVRO - 2020” müsabiqəsinin Bakı şəhərində keçirilən 4 oyununun mühafizəsi şirkət tərəfindən təmin edilib.
 
Yarandığı gündən etibarən idman sahəsinə göstərdiyi diqqət və qayğı ilə seçilən şirkət, bu istiqamətdə təşkil olunan tədbirlərinin mühafizəsinin təmin olunmasındakı təcrübəsi ilə də fərqlənməyi bacarıb. Ölkəmizdə idmanın inkişafına dəstək olmağı hədəfləyən şirkət, bu istiqamətdə icra olunan fəaliyyətlərə də öz töhvəsini verir.
 
2005-ci ildən etibarən fəaliyyət göstərən "GESCO” şirkəti mühafizə sahəsində beynəlxalq standartlara uyğun xidmət təklif edir. Fiziki mühafizə, video müşahidə, tədbir və obyektlərin mühafizəsinin təşkili, ətraf mühitin mühafizəsi və İT dəstəyi şirkətin əsas fəaliyyət istiqamətləri arasında yer alır. Şirkət tərəfindən bu günədək dövlət əhəmiyyətli obyektlərin, müxtəlif təhsil və tibb müəssisələrinin, bank və şirkətlərin, səfirliklərin mühafizəsi həyata keçirilib.
 
Bu gün "GESCO” ASC peşəkar şəxsi heyət və müasir standartlara uyğun xidmətlə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 160-dan çox tərəfdaş qurum və şirkətlə əməkdaşlıq edir.
 
 

OXŞAR XƏBƏRLƏR

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...