Geri qayıtmayan məcburi köçkünlər nələrdən məhrum olacaq? - EKSPERT

Geri qayıtmayan məcburi köçkünlər nələrdən məhrum olacaq? - EKSPERT
 Xəbər verdiyimiz kimi məcburi köçkünlərin öz yurdlarına qayıtması könüllülük prinsipi əsasında aparılacaq. Bu isə öz növbəsində cəmiyyət arasında  bəzi müzakirələrə səbəb olub . Yəni insanlarda məcburi köçkünlərin hansı şəraitdə yaşayacağı və ediləcək güzəştlər haqda suallar yaranıb.

Sfera.az xəbər verir ki, təhsil eksperti, Zəngilandan olan məcburi köçkün Rasif Dünyamalı öz "Facebook" səhifəsində bu barədə bəzi məsələlərə aydınlıq gətirib:

"Məcburi Köçkünlər hazırda harda yaşayır?
1. Dövlətin müvəqqəti yaşamaq üçün verdiyi evlərdə
2. Yataqxanalarda
3. İnzibati binalarda
4. Kirayə evlərdə
5. Kimlərinsə evlərində - zəbt edərək
6. Özlərinin aldıqları şəxsi evlərdə

Hansı güzəştləri var?
1. Kommunal ödənişlərə güzəşt
2. Çörək pulu adı ilə yardım alırlar
3. Təhsil haqqı güzəşti
4. Əmək haqından gəlir vergisi ödəmirlər
5. Digər pozitiv ayrıseçkilik əldə edirlər

Məcburi köçkünlərin statusu ləğv olunacaq. O zaman keçmiş məcburi köçkünlər:
1. Kommunal ödənişlər (işıq pulu, su pulu, qaz pulu, zibil pulu və s.) ödəyəcəklər
2. Dövlətdən yardım almayacaqlar
3. Təhsil haqlarını ödəyəcəklər
4. Əmək haqqından vergilərini ödəyəcəklər
5. Pozitiv ayrıseçkilik olmayacaq və hətta neqativ ayrıseçkilik olacaq.

Bəs məcburi köçkünlərin statusları ləğv olunandan sonra öz rayonlarına qayıtmayanlar harada yaşaya bilər?

1. Öz şəxsi evlərində
2. Kirayə evlərdə

O zaman məcburi köçkünlər

1. Zəbt etdikləri digər şəxslərə aid olan evləri tərk etməlidirlər
2. Yataqxanalardan çıxmalıdırlar
3. Dövlətin verdiyi evlərdən çıxmalıdırlar
4. İnzibati binalardan çıxmalıdırlar", deyə qeyd edib.

Təhsil eksperti öz arzularını da dilə gətirirək işğaldan azad olan rayonunun necə faydalı olduğundan söz açıb:
"Mən Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuşam və Bartaz yaşayış massivində yaşamışam. Bakıda evim var, biznesim var və Zəngilanla heç bir sosial bağım da yoxdur, dostlarımın hamısı buralardandır. Amma mən məsuliyyətimi dərk edirəm.
O torpaqlara qayıdacam.
1. Ev tikəcəm
2. Ferma tikəcəm
3. Əkin sahəsi əkəcəm
4. Təhsil müəssisəsi açacam
5. Turizmlə bağlı bir layihə edəcəm
6. Təmir və tikinti sahəsi üzrə layihə edəcəm
7. Regionda biznesin inkişafına dəstək olacam

Və düşünürəm ki, kimsəni məcbur eləmək olmaz. Sadəcə şərait yaratmaq lazımdır qayıtmaq üçün. İşğaldan azad olunan ərazilər xəzinədir. Sadəcə xəzinənin qədrini zərgər bilər".

Sfera.az
İnci

OXŞAR XƏBƏRLƏR