No Image
No Image
No Image

Georgi Qaxariya Əli Əsədovu təbrik etdi

Georgi Qaxariya Əli Əsədovu təbrik etdi
Gürcüstanın Baş naziri Georgi Qaxariya Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Sfera.az-a bildirilib ki, məktubda qeyd olunur:

"Gürcüstan hökuməti və şəxsən öz adımdan Sizi Azərbaycanın Müstəqilliyi günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan həm sosial-iqtisadi, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçmişdir.

Bizim ümumi səylərimiz nəticəsində Gürcüstan və Azərbaycan Respublikası arasında sarsılmaz strateji tərəfdaşlıq münasibətləri formalaşmışdır və dostluq ruhu daşıyan bu tərəfdaşlığımız ikitərəfli və çoxtərəfli səviyyədə ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənməkdədir.

Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi və strateji tərəfdaşlığımızın dərinləşməsi üçün biz öz sıx əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə öz dərin ehtiramımızı izhar edir və Sizə və qardaş Azərbaycan xalqına sülh, uğurlar və əmin-amanlıq diləyirəm”.

OXŞAR XƏBƏRLƏR

Ermənilərin növbəti “feyk”i ifşa olundu - FOTOFAKT

 Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz feysbuk səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayıb....

Qubadlı şəhəri işğaldan azad olunub

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib.   Sfera.az xəbər ver...

İlham Əliyev: "Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik"

 Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəf...

“Azərbaycanın qarşısında heç kim dura bilməz” - Prezident

 "Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik". ...

Prezident: “Hər gün Ermənistana ən müasir silahlar göndərilir”

 "Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlu...

“Biz təkbaşına vuruşuruq, təkbaşına!” - Ali Baş Komandan

 "Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq...