Genişzolaqlı mobil internetə tələb sürətlə artır – Qiymətlər ucuzlaşacaqmı?

Genişzolaqlı mobil internetə tələb sürətlə artır – Qiymətlər ucuzlaşacaqmı?

Dünyanın qabaqcıl ölkələrində genişzolaqlı mobil rabitə xidmətlərinə tələb sürətlə artır. ABŞ, Avropa və digər inkişaf etmiş regionlarda əhalinin 90 faizindən çoxunun sahib olduğu qurğular daimi, yəni 24 saat mobil internet şəbəkəsinə qoşulu olur.


Azərbaycanda da daimi mobil internet istifadəçilərinin sayı artmaqdadır. Amma əhalinin nə qədər hissəsinin daimi mobil internet istifadəçisi olduğuna dair statistikaya rast gəlmək mümkün deyil.

 

Mobil internet bazarındakı vəziyyəti sfera.az-a şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, hazırda Azərbaycanda daimi mobil internet istifadəçilərinin sayı azdır. Onun fikrincə, bunun əsas səbəbi qiymətlərin yüksək olması ilə bağlıdır:

 

"Hazırda sabit telefon xətti vasitəsilə internet xidmətləri genişzolaqlı mobil internet xidmətlərdən xeyli ucuzdur. Ev telefonlarının bir aylıq internetdən istifadə xərci 10-20 manatdır, amma mobil internetin bir aylıq davamlı təminatı ən azı 100-120 manata başa gəlir. Mobil internetin dəyəri sabit xətt üzrə verilən internetin dəyərindən az qala 10 dəfə yüksəkdir.


Hazırda dünyada sabit şəbəkə vasitəsilə internetə qoşulma miqyası kəskin şəkildə azalır. İnkişaf etmiş ölkələrdə mobil rabitənin və internetin qiyməti o qədər aşağı enib ki, Avropada, ABŞ-da əhalinin 100 faizi mobil internetlə əhatə olunub.

 

İnternetə tələbin artmasının bir səbəbi də mənzillərdə televizorların və başqa qurğuların internetə qoşulmasıdır. İnsanlar TV kanalları, müxtəlif video materialları internetdən istifadə etməklə televizorlar vasitəsilə izləyir. Azərbaycanda internetin sürətinin zəif olması, bahalı olması, çeşidli xidmətlərin göstərilməməsi əhalinin mobil internetdən istifadə səviyyəsini azaldır”.


R.Ağayevin fikrincə, ölkəmizdə mobil internet qiymətlərinin əlverişli olması və internet sürətlərinin artırılması üçün bazarda iştirak edən dövlət şirkətləri özəlləşdirilməli və bazarda liberallaşma olmalıdır. Onun qənaətincə, bazarda rəqabət mühiti formalaşarsa, qiymətlər enəcək və daha çox insan daimi mobil internet istifadəçisinə çevriləcək: "İnternet xidmətləri sektorunda dövlət və özəl şirkətlərin paralel iştirakı müşahidə edilir. Burada 50-yə yaxın internet xidməti göstərən şirkət, yəni provayder fəaliyyət göstərir. Onun təxminən 47-si özəl şirkətlərdir. Ölkəmizə beynəlxalq internet kanallarından interneti alıb ötürən 2 şirkət var. Onların hər ikisi özəl şirkətdir.

 

Sektorda paralel fəaliyyət müşahidə edilsə də dövlət şirkətlərinin hökmran paya sahib olduğu görünür. Mobil rabitə bazarında özəl şirkətlər üstün mövqeyə malikdir. Amma ümumən internet sektorunda dövlət şirkətlərinin üstünlüyü var. Provayderlərin 47-i özəl şirkətdir. Belə başa düşülə bilər ki, üstünlük özəl şirkətlərə məxsusdur. Lakin internet xidmətlərindən əldə edilən vəsaitin təxminən yarısı dövlət şirkətlərinə çatır. Bu o deməkdir ki, 3-4 dövlət şirkəti internet xidmətlərindən gələn gəlirin yarısını əldə edir. Faktiki olaraq internet bazarında dövlət şirkətləri böyük paya sahibdir.

 

Dünya təcrübəsi göstərir ki, ötən əsrin 80-ci illərindən başlayaraq bu sektorda dövlətsizləşmə prosesi gedir və daha çox özəl şirkətlərin üstün paya malik olması baş verir. Bununla bərabər liberallaşma da baş verir. Unutmayaq ki, özəlləşdirmə təkcə məqsəd deyil. Ola bilər ki, özəlləşmə baş versin, amma liberllaşma baş verməsin. Bu nə deməkdir? Bu o deməkdir ki, bir bazarda özəlləşdirmə gedir, iki-üç özəl şirkət yaranır, monopol dövlət şirkətinin yerində, monopol özəl şirkətlər yaranır.

 

Sektorun qarşısında duran vəzifə bu deyil. İstehlakçı üçün lazım olan odur ki, bazarda çoxlu sayda şirkət olsun. Məsələn, mobil rabitə bazarında 3-4 şirkət yox, 5-6 şirkət olsaydı, bazarın 50 faizi bir şirkətin olmazdı. Bazar 15-25 faiz payla 5-6 şirkət arasında bölünsəydi, Azərbaycanın rabitə bazarında daha keyfiyyətli və ucuz xidmət olardı.

 

Ona görə də bizim məqsədimiz yalnız özəlləşdirmə deyil, onunla bərabər liberallaşma olmalıdır. Çalışmaz lazımdır ki, bazarda daha çox oyunçu olsun, onlar arasında rəqabət olsun, qiymətlər və xidmətlərin keyfiyyətini rəqabət diqtə etsin.

 

Özəlləşmə və liberallaşma gedəndə istehlakçı nöqteyi nəzərdən iki hədəfə nail olunur. Birinci qiymətlər aşağı düşür, mobil internet qiymətləri ilə sabit internet qiymətlərin arasında 10 dəfə fərq aradan qalxır. İnkişaf etmiş ölkələrdə mobil rabitə bazarında liberallaşma getdiyinə, sağlam rərabət olduğuna görə istehlakçıların marağına uyğun olaraq qiymətlər ucuzlaşır.

 

İkincisi, xidmətlərin keyfiyyəti artır, nəticədə daha sürətli, daha davamlı və kəsintisiz xidmətlər almaq imkanı yaranır.

 

Avropa ölkələrində əhalinin 90 faizdən çoxu genişzolaqlı mobil internetdən istifadə edir. Onların telefonları, mobil qurğuları daim internetə qoşulu olur. Azərbaycanda bununla bağlı məlumat yoxdur. Çünki məlumat açıqlanmır. Bu onunla bağlıdır ki, bizdə vəziyyət pisdir, göstərici çox aşağıdır. Mobil internetdən davamlı istifadə edilməməsinin səbəbi keyfiyyətin aşağı olması və qiymətlərin yüksək olması ilə bağlıdır”.


 

Vasif

 

OXŞAR XƏBƏRLƏR

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...