Geniş tərkibdə görüş – FOTOLAR

Geniş tərkibdə görüş – FOTOLAR
İranın paytaxtı Tehranda bu ölkənin dövlət başçısı Həsən Ruhani və rəsmi şəxsləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib.
Oxu.Az İranın dövlət başçısını nsaytına istinadən xəbər verir ki, tədbirdə çıxış edən prezident Həsən Ruhani iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafı ilə bağlı məmnunluğunu ifadə edib.
O, Tehran-Bakı əlaqələrinin strateji olduğunu vurğulayaraq, İran və Azərbaycanın iqtisadi əməkdaşlıq üzrə birgə komissiyasının əlaqələri inkişaf etdirməyə çalışdığını bildirib.
"Biz iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün potensialımızı artırmalı və bütün imkanlardan istifadə etməliyik”, - deyə, H. Ruhani qeyd edib.
Azərbaycanın İran xaxlqının nüvə hüquqlarına daimi dəstəyini qeyd edən Ruhani başçılıq etdiyi dövlətin əsas siyasətinin qonşu dövlətlərin müdafiəsi və onların ərazi bütövlüyünün qorunmasına yönəldiyini vurğulayıb.
"Qonşu dövlətlərlə bu sahədə əməkdaşlıq bizim üçün çox vacibdir”, - deyə, Ruhani bildirib.
Digər ölkələrin daxili işlərinə xarici müdaxilədən danışan Həsən Ruhani bildirib ki, "bu gün biz xüsusilə də insan haqları məsələlərində Qərbin ikili standartları ilə qarşılaşmışıq və biz regional problemləri müdrikliklə və məntiqlə həll etməliyik”.
O həmçinin İran və Azərbaycan arasında regional təhlükəsizliklə bağlı yekdil rəyin olduğunu vurğulayıb və regionda sülh, dostluq, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib.
"İran İslam Respublikası Xəzər dənizini qonşularla sülh dənizi kimi nəzərdən keçirir və biz iki ölkə arasında birgə əməkdaşlığın inkişafı üçün əlverişli danışıqlar apardıq”, - deyə, o, bildirib.
İranın Azərbaycanla birgə müəssisələr yaratmağa hazır olduğunu bildirən Ruhani qeyd edib:
"Biz ümid edirik ki, Astara-Astara stansiyası vasitəsilə Azərbaycan və İranın dəmir yollarını birləşdirə biləcəyik və bu, Şimal-Cənub dəhlizinin inkişafında effektiv rol oynayacaq”.
İran və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafını vurğulayan Ruhani qeyd edib ki, islam ekstremizmə və zorakılığa qarşıdır.
İran prezidenti həmçinin ətraf mühitin mühafizəsindən və Xəzərin çirklənməsinə qarşı mübarizədən, həmçinin gəmiçiliyin və dənizdə mövcud əməkdaşlıq potensialından istifadənin genişləndirilməsindən danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev İrana səfərindən məmnunluq ifadə edib.
"İran və Azərbaycanın əlaqələri əhəmiyyətli dərəcədə inkişaf edib və iki ölkənin vəzifəli şəxsləri bu əlaqələrin bütün istiqamətlər və səviyyələr üzrə dərinləşdirilməsi üçün yollar axtarırlar.
Ümumi tarix və mədəniyyət İran və Azərbaycan Respublikası arasında əlaqələri qırılmaz edib”, - deyə, İlham Əliyev vurğulayıb.
















OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...