Generala qarşı düzənlənən sui-qəsdin üstü açıldı
14:55 / 03.10.2019
1211
İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı, general Qasım Süleymaniyə qarşı sui-qəsdin qarşısı alınıb.
Sfera.az bildirir ki, bu barədə "Sepah” kəşfiyyatının rəhbəri Hüseyn Tayeb məlumat verib.
Onun sözlərinə görə, "bir dəstə terrorçu” sentyabrın əvvəllərində Aşura mərasimində iştirak edəcək Qasım Süleymaninin olacağı əraziyə 350-500 kiloqram partladıcı maddə yerləşdirməklə təxribat törətmək istəyirmiş.