General Muradov erməni milyarderlərlə niyə görüşür? – “Həm özü qazanmaq istəyir, həm də...”

General Muradov erməni milyarderlərlə niyə görüşür? – “Həm özü qazanmaq istəyir, həm də...”
"Erməni milyarderlərlə Rusiya sülhməramlılarının komandanı, general Muradovun görüşü siyasi xarakter daşımır. Çünki bu məsələdə siyasi qərar verən nə Muradovdur, nə də erməni milyarderləri. Burada yalnız həmin milyarderlərin maliyyəsinin infrastruktur layihələrinin bərpa işlərinə sərf edilməsindən söhbət gedə bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında general Rüstəm Muradovun erməni milyarderləri olan bank sahibi Artak Balayan və Armon Balayanla görüşünün məqsədlərini şərh edərkən politoloq Natiq Miri deyib:

"Rusiyanın Qarabağda ciddi geosiyasi maraqları var. Qarabağdan Ermənistana köç etmiş ermənilər Rusiya sülhməramlıları vasitəsilə Qarabağa qaytarılır. Onlar da əsasən Xankəndinə qayıdır ki, bu da müəyyən problemlər yaradır. Çünki Qarabağın digər hissəsində yaşamış ermənilər artıq həmin ərazilərə qaytarıla bilmədikləri üçün onlarla bağlı yeni evlərin tikintisi planlaşdırılır. Lakin Qarabağın separatçı rejimində həmin məsələni həll etmək üçün pul yoxdur. Separatçılar bütün bunları Rusiyanın hesabına həll etməyə çalışır”.

Həmsöhbətimiz bildirdi ki, Rusiya burada yeni yaşayış məskənləri yaratmaqla dolayısı ilə özünün Qarabağda uzunmüddətli qalmasını təmin etməyi düşünür. Belədə də erməni ictimai rəyində Rusiyanın xilaskar obrazını yaratmaq istəyirlər:
 
"Bu cür yaşayış məskənlərin tikintisi, infrastrukturun yenidən bərpası isə böyük maliyyə tələb edir. Rusiya  isə həmin maliyyəni öz büdcəsindən vermək  gücündə deyil və bunu etmək istəmir. Erməni milyonerləri, iş adamları ilə sülhməramlıların rəhbəri Muradovun təşkil etdiyi bu sayaq görüşlər də əsasən məhz sözügedən layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır.
 
Sülhməramlılara rəhbərlik edən generalitet də müəyyən mənada maliyyə qazanmağı düşünə bilər.  Belə "təcrübə”ni 70-80-ci illərdə Əfqanıstandakı Rusiya ordusunun timsalında görmüşük. Həmin illərdə orda narkotik satışından başlamış, bütün qeyri-qanuni ticarətlə rus zabitləri məşğul idilər. Eyni proseslər bu gün Qarabağın ermənilər yaşayan ərazisində də baş verir”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...