General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ

General Hikmət Həsənov müavin vəzifəsinə TƏYİN EDİLDİ
Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.

Sfera.az xəbər verir ki, general Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.

Müdafiə naziri general - polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.

Həmçinin onu da qeyd edək ki, general Hikmət Həsənovun vəzifədən azad olunması xəbərini ilk manset.az saytı dərc etmişdi.
 
 
İnci
Sfera.az

OXŞAR XƏBƏRLƏR