General Həzi Aslanov vəzifəsindən çıxarıldı — Vilayət Eyvazovdan SƏRT QƏRAR

General Həzi Aslanov vəzifəsindən çıxarıldı — Vilayət Eyvazovdan SƏRT QƏRAR
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.


Sfera.az Strateq.az-a istinadla xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. 


O, eyni zamanda işindəki nöqsanlara görə DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan və təqdimatları Prezident tərəfindən təsdiqlənən Kollegiya üzvlüyündən də çıxarılıb.


Nazirin digər əmriylə Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.


Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov da vəzifəsindən azad edilib.


Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.

OXŞAR XƏBƏRLƏR