General hadisə yerinə gəlib sürücülərə kömək etdi - FOTO

General hadisə yerinə gəlib sürücülərə kömək etdi - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov "EuroHome"dakı yanğın ərazisinə gəlib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, general bildirib ki, yanğın yerinin qarşısından keçən Bakı-Sumqayıt yolunda hərəkətin tənzimlənməsi üçün şəxsi heyət cəlb olunub:

"Nə mümkündür əlimizdən gələni edirik. Kiminsə diqqətsizliyi üzündən bu cür hadisə baş verib, xoşagəlməz bir haldır. Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib. Sürücülərdən xahişim odur ki, digər istiqamətdə hərəkət edən iştirakçılara mane olmasınlar".


OXŞAR XƏBƏRLƏR