“Gəncliyindən döyüşkən, fədakar insan idi” – Milli Qəhrəmanlar Şükür Həmidovu belə xatırlayır

“Gəncliyindən döyüşkən, fədakar insan idi” – Milli Qəhrəmanlar Şükür Həmidovu belə xatırlayır

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Şükür Həmidov Qubadlının azadlığı uğrunda şəhid olub.


Prezident İlham Əliyev Milli Qəhrəmanın doğulduğu və azadlığı uğrunda şəhid olduğu Qubadlı rayonunda adının əbədiləşdiriləcəyini bildirib.


Milli Qəhrəmanlar Şükür Həmidov haqqında xatirələrini Sfera.az-la bölüşüb:


Milli Qəhrəman Məhəmməd Həsənov Şükür Həmidovun ölüm xəbərini yeni eşitdiyini və bundan çox sarsıldığını bildirib:


"Xəbəri indicə elə sizdən eşitdim. Bu çox ağır xəbər oldu, mənim üçün. Şükür Həmidovla son vaxtlar tədbirlərdə üz-üzə gəlirdik. Vətəninə bağlı, igid adam idi. Yaşı imkan verirdi ki, indiki məqamda ordu ilə bərabər olsun, elə oldu da. Hələ gəncliyindən döyüşkən, fədakar insan olub. Onun ölümü məni həqiqətən çox üzdü.


Kaş mənim də imkanın olardı ki, indi əsgərlərin yanında olub, onlarla bərabər vuruşum. Təəssüf ki, yaşımla əlaqədar orduya qəbul etmirlər. Şükür Həmidov kimi insanı itirmək ağır dərddir, başımız sağ olsun!”.


Milli Qəhrəman Ehtiram Əliyev : "O əsl hərbçi, vətənpərvər oğul idi”


"Şükür Həmidov Aprel döyüşlərinin də iştirakçısıdır. Milli Qəhrəman adını da həmin döyüşlərdə iştirakına görə almışdı. Onuna bir neçə dəfə görüşmüşük. Mərd, vətənpərvər insan idi. General-mayor Mayis Bərxudarovun müavini olub. Dünən eşitmişəm bu xəbəri, çox pis olmuşam. O cəbhə bölgəsində olduğu üçüngec-gec əlaqə saxlaya bilirdik. O əsl hərbçi idi, cəbhədə vəziyyət gərginləşməmişdən orduda idi. Allah rəhmət etsin”.

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR