\"Gənclik\"də aktiv koronavirus xəstəsi saxlanıldı
19:35 / 14.10.2021
1497
Bakı metrosunun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: "Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir".