“Gənclik və yeni media” konfranslarına start verildi-İlk tədbir Nərimanovda baş tutub

“Gənclik və yeni media” konfranslarına start verildi-İlk tədbir Nərimanovda baş tutub
 

Nərimanov rayon Gənclər və İdman İdarəsi və "İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclik və Yeni media” mövzusunda gənclərlə görüş keçirilib. Rayonun fəal gəncləri və tanınmış internet media ekspertlərinin iştirakı ilə baş tutan görüşdə sosial medianın gündəlik həyatımızdakı rolu, sosial şəbəkələrin informasiya təhlükəsizliyi sahəsində yaratdığı risklər müzakirə olunub.

Görüşü giriş sözü ilə açan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov sosial medianın günümüzün reallığı olduğunu bildərərək, ondan gənclərin milli və şəxsi maraqlar naminə faydalı istifadəsinin zərurət olduğunu deyib. O bildirib ki, gənclər sosial şəbəkələrdə aktiv olmalı, Azərbaycanın sürətli inkişafı, milli maraqlarımızın təbliği işində bu platformadan maksimum faydalanmalıdırlar.

Çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı hər ötən gün dünyada informasiya savaşı güclənir. İndi artıq ayrı-ayrı dövlətlər, qüvvələr hərbi gücdən daha çox, informasiya gücünə baş vururlar. Bu isə şübhəsiz ki, ölkələrin informasiya təhlükəsizliyinə təhdidlər yaradır: "Eyni zamanda internet medianın inkişafı onun istifadəçiləri üçün əlavə imkanlar yaradır. Belə bir durumda gənclərin yeni medianın, sosial şəbəkələrin imkanlarından milli maraqlarımızın qorunması və şəxsi inkişafları naminə səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir”.

Azxeber.com İnformasiya Portalının Baş redaktoru Hacıbəy Heydərli internet istifadəçilərinin sayının hər ötən gün artdığını və bunun da informasiya savaşında sosial medianın rolunun yüksəlməsinə xidmət etdiyini qeyd edib. O, bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib və bu fakt bizi düşündürməlidir: "Sosial media sosiallıqdan çıxaraq, ictimai-siyasi təsir və idarəetmə vasitəsi, informasiya müharibəsi meydanına çevrilib. Bi bu meydanda layiqli yerimizi tuta bilməsək, prosesləri uduza bilərik. Onun üçün də gənclərin bu istiqamətdə maarifləndirilməsi olduqca mühümdür”.

Azxeber.com İnformasiya Portalının Baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, qloballaşan dünyada informasiya texnologiyalarının, internet medianın sürətli inkişafı gənclər qarşısında yeni imkanlar açmaqla yanaşı, eyni zamanda yeni vəzifələr qoyur: "Bu imkanlardan məqsədyönlü istifadə etmək üçün isə gənclərin maarifləndirilməsinə mühüm ehtiyac var. Çünkü gənclər yeni media vasitələrindən yalnız Azərbaycan həqiqətlərinin təbliği işində deyil, eyni zamanda şəxsi inkişafları üçün də faydalana bilərlər”.

Daha sonra çıxış edən gənc jurnalist, Nezermedia.az portalının baş redaktoru Nəzərbəy Hacıağayev bildirib ki, dünyada baş verən hadisələr gənclərin informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadəsini zəruri edir: "Bu baxımdan gənclərin yeni media vasitələrindən uğurla istifadəsini təmin etmək üçün belə tədbirlərə böyük ehtiyac var”.

Konfrans rayon gənclərinin sualları ətrafında yaranan müzakirələrlə davam edib.

OXŞAR XƏBƏRLƏR

Dəhşətli partlayışın baş verdiyi Livan haradır? - Tarixə qısa baxış

 Dünən axşam saatlarında Livanın paytaxtı Beyrutdakı dəniz limanının əraisində güclü partlayış baş verib. Sfera.az xəbər verir ki, 2500 ton ammonium-...

​​​​​​​"Ammonium nitratdan daha təhlükəsiz olan karbamidin daxildə istehsalı strateji addım idi” – ŞƏRH

  Livanın paytaxtı Beyrutda baş verən dəhşətli partlayış dünya mediasının gündəminə oturub. Hər keçən saat yeni qurbanlar haqda xəbərlər gəlir. Partlayış...

SOCAR-da boşdayanmaya məruz qalan işçilərin intensiv təlimlərə cəlb olunmasına start verildi

  Bu gün SOCAR üzrə boşdayanma zamanı intensiv təlimlərə cəlb olunacaq işçilərin təlim ehtiyaclarını müəyyən etmək üçün qiymətləndirilmə prosesinə start v...

TƏBİB bu görüntülərdəki həkimi cəzalandırdı - Səbəbi isə... + VİDEO

  Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olması ilə bağlı iddiala...

“Hərbi təlimlərdən sonra nə olacaq?”

  "Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər davam edir. İlk dəfədir ki, iki ölkə arasındakı hərbi təlimlər Azərbaycanda, Türkiyədə, Rusiyada, Er...

COVID-19-la mübarizə aparan həkimə şiddətli töhmət verildi - Məşhur aşığın gəlinidir

  Qazaxda koronavirusla mübarizəyə cəlb olunan rayon Təcili Tibbi Yardım Stansiyasının işçiləri üçün ayrılan müvəqqəti binadakı şəraitdən şikayət edən hək...