“Gənclərimizin təhlükəsizliyi təmin edilməklə yanaşı, onların təhsilə çıxış imkanlarında qorundu” - MƏZAHİR ƏFƏNDİYEV

“Gənclərimizin təhlükəsizliyi təmin edilməklə yanaşı, onların təhsilə çıxış imkanlarında qorundu” - MƏZAHİR ƏFƏNDİYEV
 Dünyanı bürüyən COVID-19 pandemiyası tədris ilinin qızğın dövrünə təsadüf etsə də, Azərbaycanın təhsil sistemi bu ağır vəziyyət qarşısında duruş gətirməyi bacardı.

Xüsusilə televiziya dərsləri vasitəsilə tədrisin fasiləsiz həyata keçirilməsinə dair Təhsil Nazirliyinin qərarı ictimaiyyət tərəfindən böyük rəqabətlə qarşılandı. Bu format bütün ölkə boyu davamlı təlim-tədris prosesini təmin etmək iqtidarındadır.

Sfera.az xəbər verir ki, məsələyə toxunan deputat Məzahir Əfəndiyevin fikrincə, son illər ərzində vətəndaşlarla əlaqəli bir çox iş mexanizmlərinin elektron formata keçirilməsi rahatlıq, şəffaflıq, obyektivlik baxımdan xeyli irəliləyişə nail olmaq imkanı verdi:

"Koronavirus pandemiyası dövründə ən çox sınaqdan keçmiş sahələrdən biri də təhsil sektoru oldu. Mart ayının 3-dən etibarən ölkəmizin bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması təhsil sistemimizin qarşısında mühüm çağırışlar qoyub. Bunlardan ən əsası şagird və tələbələrin tədris prosesinin davamiyyətini təmin etmək məqsədilə onlayn tədrisə keçidin reallaşdırılması idi. Bu yöndə karantinin ilk günlərindən etibarən Təhsil Nazirliyi tərəfindən operativ tədbirlər görülüb, nəticədə "Virtual məktəb” və teledərslər layihələri uğurla icra olunmaqdadır. Bu təşəbbüslərin uğurudur ki, 2 milyondan çox şagird təhsilini davam etdirməkdədir. Eyni zamanda aprelin 27-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, 95 min tələbə onlayn platformalar üzərindən təhsil alır. Bu keçid prosesində cəlb olunan yeni texnologiyalar və insan resursları milli təhsil sistemində son illər ardıcıl şəkildə aparılmış islahatların bəhrəsidir”.

Deputat onu da vurğulayıb ki, cəmiyyətimizə sağlamlığla yanaşı, təhsil də vacib şərtlərdəndir.  Hər ikisi bizim üçün ali dəyərdir. Biz həmişə dövrün tələblərinə uyğunlaşmağa çalışırıq:

"Azərbaycan hökuməti hər iki dəyərin qorunub saxlanmasını təmin edib. Bu gün müəllimlərin işə qəbulu, uşaqların 1-ci siniflərə, məktəbəqədər hazırlıq qruplarına qəbulu, peşə məktəblərinə qəbul işləri, şagirdlərin və tələbələrin başqa məktəbə köçürülməsi elektron formatda həyata keçirilir”.

M.Əfəndiyev burada onlayn təhsilin digər bir üstün cəhəti olan, təhsil formasının inklüzivliyinə toxunub. Deputatın qənaətincə, daha aydın desək, tədris prosesinin onlayn əsaslar üzərində qurulması müxtəlif qruplar üçün təhsilin əlçatanlığını artıra bilər. Bu xüsusilə əlilliyi olan uşaq və gənclərə aiddir:

"Tədris prosesinin onlayn təşkil olunması bu qeyd etdiyim qrupa aid olan insanların ev şəraitində təhsil almaqlarına imkan yaradacaqdır. Düşünürəm ki, hazırki vəziyyətdən öyrənəcəyimiz təcrübə gələcəkdə hər kəs üçün keyfiyyətli təhsilin və həyat boyu öyrənmək imkanlarının təminini hədəfləyən 4-cü Davamlı İnkişaf Məqsədinin milli səviyyədə reallaşmasına böyük təkan verəcəkdir. Bütün bunları nəzərə alaraq qürurla vurğulamaq olar ki, bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycan Respublikasında vaxtında verilmiş operativ qərarlar gənclərimizin təhlükəsizliyini, sağlamlığını təmin etməklə yanaşı, onların təhsilə çıxış imkanlarını da qorudu”.
 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...