Gənclər və idman nazirinin yeni müavini - DOSYE

Gənclər və idman nazirinin yeni müavini - DOSYE
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin edilib.

Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Sfera.az nazir müavini İndira Hacıyevanın qısa tərcümeyi-halını təqdim edir:

İndira Niyazi qızı Hacıyeva 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat və fizika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1982-ci ildən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir işləyib.

2001-ci il iyunun 1-də Gənclər, İdman və Turizm Nazirliyində Uşaq və Gənclərlə iş üzrə Baş İdarənin Uşaqlarla iş şöbəsində baş təlimatçı vəzifəsinə təyinat alıb. 2001-ci il sentyabrın 1-dən 2003-cü il oktyabrın 24-dək Uşaqlarla iş şöbəsinin rəisi, 24.10.2003-01.02.2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyi, Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

27.02.2006-19.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi işləyib.

01.05.2009-01.01.2012-ci illərdə Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

01.01.2012-ci ildən bu ilin sentyabrına kimi isə adı çəkilən nazirlikdə Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı.

İ.Hacıyeva Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2011-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

22 iyun 2016-cı il tarixli sərəncamla isə 3-cü dərəcəli "Vətənə xidmətə görə ” ordeni alıb.
 
(modern)

OXŞAR XƏBƏRLƏR

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...