Gənclər Fondunun Müşahidə Şurasının üzvü həbs edildi
15:06 / 08.05.2020
3813
Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovun saxlanıldığı haqda xəbər vermişdik.
Sfera.az bildirir ki, saxlanılan nazir müavini Rafiq Bayramov eyni zamanda Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür.
Xatırladaq ki, 48 yaşlı nazir müavini 1989-cu ildə Bakıdakı 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində (BDU) təhsil alıb və ali təhsilini də fərqlənmə diplomu ilə başa vurub.