Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri

Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınarsa, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulması qeyri-insanidir və qəbuledilməzdir.

Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.

O, Dağlıq Qarabağda davam edən, regionda sülhə və sabitliyə təhdid olan gərginlikdən ciddi narahatlığını ifadə edib:

"Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklər nəzərə alınarsa, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını qeyri-insani və qəbuledilməz hesab edirəm. Bu baxımdan, Gəncəyə raket atəşini və dinc sakinlərin, o cümlədən günahsız uşaqların ölümünü qətiyyətlə pisləyirəm”.

Səfir, həmçinin həlak olanlarına yaxınlarına başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzu edib:

"Qazaxıstanın əvvəllər də səsləndirilmiş və dəyişməz mövqeyi çərçivəsində bir daha münaqişənin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında BMT Təhlükəsizlik Şuraısnın qətnamələrinə uyğun oaraq dinc tənzimlənməsinin vacibliyini vurğulayıram”.///Trend
 

OXŞAR XƏBƏRLƏR