Gəncənin suyunu kim kəsib? - Alimpaşa Məmmədov və Qorxmaz Hüseynovdan ağlasığmaz addım

Gəncənin suyunu kim kəsib? - Alimpaşa Məmmədov və Qorxmaz Hüseynovdan ağlasığmaz addım
Bir neçə il qabaq Gəncənin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlə Şəmkirdə yeni salınan su anbarından Gəncəyə 1400 mm qalınlığı olan polad borularla su çəkilmişdi.

Sfera.az xatırladır ki, sözügedən boru istifadəyə veriləndən sonra Gəncənin su təsərrüfatı xeyli yaxşılaşmışdı.
 
Ta ki, Alimpaşa Məmmədov balıq biznesi sevdasına düşənə qədər...

Belə ki, Alimpaşa Məmmədov Şəmkirdə Forel təsərrüfatı qurmaq qərarına gəlir.

Bu təsərrüfatın suyunu isə stabil saxlamaq üçün əlavə investisiya tələb edilirdi.

Belə olan halda yeni borular çəkmək əvəzinə Alimpaşa Məmmədov və Qorxmaz Hüseynovun orijinal mexanizmi işə düşür.

Belə ki, Gəncəyə getməli olan su tədricən borulardan balıq təsərrüfatına yönəldilməyə başlanılır.
 
Hal-hazırda da Gəncəyə getməli olan suyun yarısı Alimpaşa Məmmədovun Forel təsərrüfatına görə itkiyə məruz qalır.

Xatırlayırsınızsa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanda su ehtiyatlarına qənaətlə yanaşmaq barədə tapşırıq vermişdi.
 
Görünür, Alimpaşa Məmmədov və Qorxmaz Hüseynov bu tövsiyyədən nəticə çıxarmayıblar.
 
Araşdırmamız davam edəcək.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....