Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Gəncədəki dəhşətli qətlin təfərrüatı: Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

Sfera.az xəbər verir ki, APA-nın məlumatına görə, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanı qətlə yetirib.

Qətlə qadının boşanmaq istəməsi səbəb olub.

Kişi qadın yuxuda olarkən yataq otağının pəncərəsindən daxil olaraq, ona üstündə gətirdiyi bıçaqla səkkiz zərbə vurub.

Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Nərimanovda 28 yaşlı gənc qətlə yetirilib

  Avqustun 3-də saat 18 radələrində Nərimanov rayonu ərazisində 1992-ci il təvəllüdlü Rəşad Sadıqovun bıçaqlanması və aldığı xəsarətlərdən xəstəxanada ölm...

İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib

  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir ...

İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ

  Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narko...

Rövşən Lənkəranskinin klanı necə dağıdıldı? – 4 il əvvəlki qətl...

 Bu həftə Moskva şəhərində azərbaycanlı kriminal avtoritet Hacıbaba Talıbxanlının (Hacı Beyləqanski) məhkəməsi yekunlaşıb.    Hacı Beyləqans...

Bir qrup cinayətkar həbs edildi

  Qətllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Sfera.az "Real TV"yə istinaədən xəbər verir ki, polis və prokurorluq orqanları tərə...

Abşeronda iki nəfəri öldürən şəxslər saxlanılıb

  İyulun 25-də saat 19 radələrində Xırdalan şəhəri ərazisində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları...